deputatlara onların təhlükəsizliyinə zəmanət olmadığına görə Türkiyəyə səfər etməmək məsləhət olunub.
Arannews- AFR Xarici İşlər Nazirliyi Bundestaqın türk əsilli deputatlarına yaxın zamanlarda Türkiyəyə getməməyi tövsiyə edib.
Arannews xəbər verir ki, Bu məlumat «Spiegel Online» nəşriyəsində dərc edilib.
Nəşrin yazdığına görə, deputatlara onların təhlükəsizliyinə zəmanət olmadığına görə Türkiyəyə səfər etməmək məsləhət olunub.
Bundan əlavə, bildirilir ki, əslən Türkiyədən olan deputatların çoxu artıq vətənlərində keçirməli olduqları tətillərini təxirə salıblar. Hətta onlardan biri Türkiyədə bağ evində yaşayan valideynlərindən başqa bir ölkəyə getməyi xahiş edib.