İraqın “Sədr” hərəkatının lideri islahatların tələb edilməsi üçün etiraz aksiyalarının davam etməsini istəyib.
AranNews-un verdiyi xəbərə əsasən, İraqın Nəcəf şəhərindən başqa digər şəhərlərində etiraz aksiyaların keçirilməsinin zəruriliyini bildirən Müqtəda Sədr deyib:
“Nəcəf şəhəri müqəddəsdir və bu şəhərdə etiraz aksiyası keçirilməməlidir. Lakin islahatların baş verməsi üçün hər şəhərdə sivil qaydada aksiyalar keçirilməlidir”. /Mashreghnews/