terror təşkilatının döyüşçüləri, digər dövlətlərə və ABŞ-ın “Mərkəzi Kəşfiyyat İdarəsinə” (MKİ) işləyən casusların edam edilməsini elan ediblər.
AranNews-un "Reuters"ə istinadən verdiyi xəbərə əsasən, “Əş-Şəbab” terror təşkilatının döyüşçüləri, digər dövlətlərə və ABŞ-ın “Mərkəzi Kəşfiyyat İdarəsinə” (MKİ) işləyən casusların edam edilməsini elan ediblər.
Terrorçular yerli radio-stansiyasın efirində çıxış edərək bildiriblər ki, Bey regionunda yerləşən Bule Fulay kəndində camaat qarşısında MKİ, Keniya və Somaliyə işləməsi sübut edilən şəxslərin edamını həyata keçiriblər.
Şahidlərdən biri agentliyə telefon vasitəsi ilə bildirib ki, terrorçular yerli sakinləri düşərgə yaxınlığında cəmləmişdilər.
“Biz mühazirə olacağını zənn edirdik, lakin biz necə 3 nəfərin güllələnərək 1 nəfərin isə başının kəsilərək öldürülməsinin şahidi olduq.”, – deyə yerli sakin bildirib.
Məlumdur ki, öldürülənlər arasındda MKİ-yə işləməkdə və qruplaşmanın keçmiş liderinin öldürülməsinə (2014-cü ildə ABŞ pilotsuz təyyarəsinin zərbəsi ilə zərərsizləşdirilmişdi) kömək edən 26 yaşlı Muhəmməd Aden Nur var. Digər bir edam edilən – 27 yaşlı Muhəddin Hirad Əhməd də həmçinin MKİ və Keniyaya casusluq etməkdə, terrorçuların digər komandirinin öldürülməsində kömək etməkdə günahkar hesab edilirdi.
Xatırladaq ki, “Əş-Şəbab” radikal terror təşkilatı Somalidə əsaslanıb, və “əl-Qaidə” beynəlxalq terror şəbəkəsi, o cümlədən İŞİD ilə sıx əlaqələrə sahib olub, daha sonra İŞİD-ə beyət etdiklərini açqılayıblar. “Əş- Şəbab” ölkənin mərkəzi hakimiyyətinə qarşı silahlı mübarizə aparır və BMT-in humanitar yardımının çatdırılmasına mane olur. Təşkilat 2008- ci ildə ABŞ tərəfindən terror təşkilatları siyahısına daxil edilib.