Ərəbistan müftisi: İslam Konfransı Təşkilatına daxil olan bütün tərəflər Səudiyyə Ərəbistanının Vəhabi Alimlər Şurasına tabe olmalıdır.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, Ərəbistan müftisi Əbdüləziz Al-Şeyx Misirin Əl-Əzhər Universitetini onun fitvalarına qeyd-şərtsiz tabe olmağa çağırıb.
Əl-Şeyx Riyazda Turki ibn Abdullah məscidindəki toplantıda belə bir tələb ortaya qoyub ki, İslam Konfransı Təşkilatına daxil olan bütün tərəflər Səudiyyə Ərəbistanının Vəhabi Alimlər Şurasına tabe olmalıdır. O, Əl-Əzhər Universitetinin istisna olmadığını bildirib.
Əbdüləziz Al-Şeyx əvvəllər də dünya şöhrətli Əl-Əzhər alimlərini düzgün İslamı təbliğ etməməkdə suçlayıb.