sabiq nazirin demək olar ki, əksər generalları həbs olunub və onlar kifayət qədər ağır cinayətlərdə ittiham olunurlar. Amma nədənsə, Eldar Mahmudova dəyib-toxunan yoxdur.
Arannews- Sabiq nazir hakimiyyətlə anlaşma əldə edib, bundan sonra xaricdə yaşayacaq.
Bir müddət əvvəl ləğv edilmiş MTN-in rəhbəri Eldar Mahmudovun komandası cinayətlərdə ittihami olunsa da, özünün hələ də həbs olunmaması müəmması davam edir.
sabiq nazirin demək olar ki, əksər generalları həbs olunub və onlar kifayət qədər ağır cinayətlərdə ittiham olunurlar. Amma nədənsə, Eldar Mahmudova dəyib-toxunan yoxdur.
Bu əsnada Politika.Az bəzi məlumatlar əldə edərək, sabiq nazirin qarşısında şərt qoyulduğunu bildirmişdi. Bu barədə verilən məlumatlarda vurğulanırdı ki, hakimiyyət dairələri Eldar Mahmudovdan yediyi 10 milyard dolları geri tələb edib. Həmin pul ödənildikdən sonra barəsində qərar veriləcəyini vurğulamışdılar.
Amma gələn son xəbərə görə, Mahmudovun artıq hakimiyyətlə anlaşdığı deyilir. sabiq nazir tələb olunan məbləği ödəyib. Və ölkədən çıxışı üçün icazə istəyib. Hakimiyyət dairələri də bunun yaxın vaxtlarda reallaşdıracaqları barədə vəd veriblər. Belə ki, ən yüksək səviyyədə müzakirə aparıldıqdan sonra bununla bağlı qərar veriləcəyi gözlənilir.
Belə bir versiya var ki, Mahmudovun ölkədən çıxmasını onun səhhəti ilə əlaqələndirəcəklər. Belə ki, onun səhhətində problem yarandığı və xaricdə müalicə alması lazım gəldiyi bəhanəsi ilə ölkədən çıxarılacaq. Əvəzində isə Mahmudov bundan sonra hakimiyyət əleyhinə danışmayacaq. Üstəlik, əlində olan arxivini də iqtidar mənsublarına verəcək. Əks təqdirdə, nəinki ölkədən çıxa biləcək, ümumiyyətlə, həbs olunub, ən ağır formada cəzalandırılacaq.