Pakistan XİN rəhbərinin müavini Ayzaz Əhməd Çoudhri bildirib ki, onun ölkəsi F-16 qırıcılarını ABŞ-dan deyil, İordaniyadan alacaq.
AranNews, haribhoomi-yə istinadən bildirir ki, bu barədə İslamabadda keçirilmiş mətbuat konfransında məlumat vermiş Çoudhri qərarın ötən həftə ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Olsonun ölkəyə səfəri çərçivəsində verildiyini deyib.
Bu ilin fevral ayında ABŞ hökuməti Pakistana 8 ədəd F-16 qırıcısının satışını təsdiqləmişdi.
Buna görə Pakistan 270 milyon dollar ödəməli, məbləğin digər hissəsini isə Amerika tərəfi təqdim etməli idi. Lakin sonradan amerikalılar bildiriblər ki, güzəştli satış mümkün deyil və Pakistan 700 milyon dollardan artıq ödəniş etməlidir.