İran İslam Respublikasının Əcəbşir şəhərinin 86 yaşlı sakini Mirqənbər Heydər Şişvani "Azad İslam" Univestetinin maqistraturasına qəbul olub.
AranNews, məlumat verir ki, dörd il bundan öncə o, bu universitetdə bakalavr dərəcəsi alıb, lakin əldə etdikləri ilə kifayətlənməmək qərarına gələrək, magistraturaya daxil olub.
Ömrüboyu bankda işləyən Mirqənbər, üstəlik, şagirdlərə dərs də deyib. Eləcədə, 86 yaşlı qəhrəmanımız macal taparaq, şəxsi kitabını dərc edib. Hal-hazırda o, 3 kitabının nəşri ilə məşğuldur.
Mirqənbər Heydər Şişvaninin həyatına aid sənədli film çəkilib. Həmin filim Yaponya və İsveçrədə mükafatçılar siyahısına daxil olub.
Bütün bunlardan əlavə, o 2017-ci ildə İranda keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. /Fars/