AranNews-un, “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, ötən il 6 ay həbs cəzasına məhkum olunmuş Nəbil Rəcəb yenidən saxlanılıb.
Son həbs həyatında ciddi xəstəliyə tutulan Nəbil Rəcəb, ölkə krallığı tərəfindən sərbəst bıraxılmışdı.
Qeyd edək ki, o bundan əlavə, ölkədə keçirilən aksiyalarda fəal iştirak etdiyi üçün 2 il həbs həyatı da yaşayıb.
Xatırladaq ki, Bəhreyn rejimi ərəb ölkələrinin içində Səudiyyə ilə birlikdə ən çox insan haqlarını heçə sayan ölkələr sırasında ilk yerlərdə qərar tutub.