Bazar günü axşam saatlarında Beyrutda partlayış baş verib.
AranNews-un Livan mediasına istinadən verdiyi xəbərə görə, bazar gününün ikinci yarısı, axşam saatlarında Beyrutda bankların birinin qarşısında güclü partlayış baş verib.Hücum zamanı 3 nəfər yüngül xəsarət alıb. Hələ ki, terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib.
Məlumata görə, iftar vaxtı baş verən terror aktı zamanı insanlar çöldə az olublar və buda daha az vətəndaşın xəsarət almasına səbəb olub.
Qeyd edək ki, Livanda bundan öncə törədilən terror aktlarını "Əl Qaidə"nin Suriya qolu "Nusra cəbhəsi" öz üzərinə götürmüşdü.