TRT telekanalında «namaz qılmayan heyvandır» açıqlamasına Türkiyədə etirazlar böyüyür.
AranNews-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, dövlət və icra qurumlarında işləmiş və indi təqaüdə çıxmışların həmkarlar ittifaqına bağlı Media Yayımı və poçt təqaüdçüləri qurumu Haber Sen TRT ekranlarında "namaz qılmayan heyvandır" açıqlamasına etiraz edib.
Haber-Sen-in açıqlamasında TRT1-də professor Mustafa Aşkarın insanları təhqir etdiyini açıqlayaraq "İŞİD-in Suriyada. İraqda etdiyini, Türkiyədə TRT ekran və radio dalğalarından edir. Bunlar təsadüf deyil, bunlar canlı yayımda baş verən xətalarda deyil. Bu qonaqlar, TRT idarəçilərinin düşünərək seçdikləri şəxslərdir,", -deyə bildirilib.
Bu olayla bağlı AKP rəsmisi, baş nazir müavini Nurettin Canikli "Hökümət olaraq addım atmayacağıq, lakin cinayət edibsə tədbir görüləcək", deyərək TRT-dəki "Namaz qılmayanlar heyvandır" açıqlamasına qısa münasibət bildirib.