Tarix : 2016 Jun 14
Kod 49240

«ABŞ-da 50 nəfəri öldürən İŞİD-çi ilə bağlı «YENI FAKTLAR

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən və 50 nəfərin ölümü, 53 nəfər yaralanması ilə nəticələnən terror aktının bəzi təfərrüatları məlum olub.
AranNews- 1986-cı il təvvəlüdlü Omar Martin terror aktını törətməzdən əvvəl 911 “qaynar xətt” xidmətinə zəng edərək İŞİD-ə sadiqliq andı içdiyini bildirib. 
Bundan dərhal sonra 2 silahla gecə klubuna gedən terrorçu homoseksuallara atəş açaraq 50 nəfəri öldürüb, 53-nü isə yaralayıb. 
ABŞ tarixində ən qanlı terror aktını törədən O.Martin əməliyyat zamanı məhv edilib. 
Araşdırma zamanı məlum olub ki, O.Martin bundan öncə iki dəfə Federal Təhlükəsizlik Bürosunun (FBİ) əməkdaşları tərəfndən dindirilib. Belə ki, Martin 2013 və 2015-ci illərdə Suriyada özünü partladan canlı bombayla əlaqədə olmasına görə saxlanılıb. Dəlil çatışmamazlığı səbəbindən Maritn sərbəst buraxılıb. /nur-az.com/
  • Yazılıb
  • da (də) 2016 Jun 14
  • Göndərən مدير سايت Aran News