Suriya tərəfinin iddiasına görə, Türkiyə, Suriya buğdasını terrorçulardan satın alır.
AranNews, “Şam Tayms”-a istinadən verdiyi xəbərə əsasən, Suriyanın şimal-qərbində yerləşən İdləb şəhərindən Türkiyəyə buğda ixracına başlanılıb. "Əl Qaidə" terror şəbəkəsinin Suriya qolu "Nusra cəbhəsi"nə bağlı "Fəth ordusu" qruplaşması əkinçilərdən buğranı ucuz alaraq Türkiyəyə göndərir.
Məlumata görə terroçular hər yaş buğdanın tonunu 220 dollardan, quru buğdanın tonunu isə 225 dollardan Türkiyəyə göndəriblər.
Qeyd edək ki, Suriya xalqı unun olmamasından əziyyət çəkirlər.
Xatırladaq ki, Türkiyə birjalarında buğdanın satışı 290-330 dollaradır (növünə görə).