İranın Keşikçilər Korpusu Sepahın quru qüvvələri ölkənin şimal-qərbində Pjak terror qruplaşmasının 5 nəfərlik bir bölməsinin məhv edildiyini bildirib.
AranNews, xəbər verir ki, İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Quru Qoşunları bir bəyanatda bildirib: Ölkənin şimal qərbində və Sərdəşt bölgəsində Pjak terror qruplaşmasının 5 nəfərlik bir qrupundan dəqiq əməliyyat çərivəsində müəyyənləşmiş və Sepahın Quru Qoşunlarının Həmzə Seyyidüş-Şühəda (ə) Qərargahı mübarizlərinin tələsinə düşərək məhv edilmişdir.
Bəyanatda bu terror qrupundan diqqəti cəlb edəcək dərəcədə silah-sursat və sənədlərin götürüldüyünə toxunularaq əlavə olunur: Məhv edilmiş terrorçuların ötən ay Sərdəşt sərhəd rayonunda yerli bəsiclərdən 2 nəfərin şəhid edilməsi, eləcə də Sepahın bölgədəki məhrumluğun aradan qaldırılması və quruculuq layihələrinin icrası ilə əlaqədar bir bəsic mühəndisin şəhid edilməsində əlləri olub.
Sepahın Quru Qoşunları Həmzə Seyyidüş-Şühəda Qərargahının ictimai əlaqələr şöbəsinin bəyanatında əlavə olunur: Qeyrətli və inqilabçı xalq, Sepah döyüşçüləri və yerli bəsiclər tam ayıq-sayıqlıqla beynəlxalq imperializm, inqilab və islam quruluşunun düşmənlərinə bağlı amillərin hərəkətlərini izləyir və təhlükəsizliyə qarşı istənilən addıma möhkəm cavab veriləcəkdir.