Ermənistan xalqı aksiya keçirərək Rusiya ilə müştərək havadan müdafiə sisteminin yaradılmasına öz etirazını bildirib.
Arannews- Ermənistan paytaxtı İrəvanda əhali aksiya keçirərək Rusiya ilə müştərək havadan müdafiə sisteminin yaradılmasına öz etirazını bildirib.Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov dünən müxbirlər qarşısında çıxış edərkən Belarus və Qazaxıstanın da Rusiya ilə müştərək havadan müdafiə sisteminin yaradılması barədə razılaşdıqlarını xatırladaraq deyib: Ermənistan ilə Rusiya razılaşmasınıın mövzusu isə bütöv müdafiə sistemindən ibarətdir.
Şarmazanov həmçinin deyib: Ermənistan silahlı qüvvələrinin havadan müdafiə sisteminin idarəsinin Rusiyaya verilməsi yaxud bu sistemin Rusiya ilə müştərək şəkildə idarə olunması barədə səsləndirilən iddialar həqiqəti əks etdirmir.
O deyib: Sözü gedən havadan müdafiə sistemi bütövdür və müştərək deyil beləliklə Ermənistan silahlı qüvvələri öz müstəqilliyini qoruyub saxlayacaqdır.
Rusiya ilə Ermənistan arasında regional havadan müdafiə sisteminin yaradılması layihəsi 2015-də qəbul edilib.
Şərqi Avropa , Qafqaz və Mərkəzi Asiya bölgələrində müştərək havadan müdafiə sisteminin yaradılması MDB ölkələrinin müdafiə cəhətdən təmin olunmasının əsas məqsədlərindən biri kimi elan olunub.