Tarix : 2016 Jun 15
Kod 49250

Fəllucənin su anbarı İŞİD-in işğalından azad edildi

İraq ordusu İŞİD-in nəzarətindəki Fəllucə su anbarında nəzarəti təmin edib.


AranNews
, xəbər verir ki, İraqın federal polis rəisi general-polkovnik Raid Şakir Cəvdət Anadolu-ya açıqlamasında, Fəllucənin İŞİD-in işğalından azad edilməsi üçün aparılan əməliyyatlar çərçivəsində, terrorçularla ordu qüvvələri arasında Fəllucə su anbarı ətrafında güclü qarşıdurmanın baş verdiyini söyləyib.
Ağır və yüngül silahların istifadə olunduğu əməliyyatda onlarla terrorçunun öldüyünü bildirən Cəvdət, əməliyyat nəticəsində ordu birliklərinin Fəllucə su anbarı ilə yaxınlıqdakı Əş-Şakak bölgəsində nəzarəti təmin etdiyini deyib.
Qeyd olunan hәr iki bölgəyə İraq bayrağının sancıldığı vurğulanıb.

  • Yazılıb
  • da (də) 2016 Jun 15
  • Göndərən مدير سايت Aran News