Tarix : 2016 Jun 15
Kod 49251

IMAM XAMENEI: Düşmənin planı İslam Respublikasının qabiliyyətlərini məhv etməkdir + FOTO

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün Ramazan ayı münasibəti ilə İranın prezidenti, nazirlər kabineti üzvləri, parlament spikeri və nümayəndələri, məhkəmə sistemi sədri və işçiləri, eləcə də ordu qüvvələri komandirləri ilə görüşüb.


AranNews
, xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei bildirib ki, Amerika ilə razılaşa biləcəyimizi güman edənlər yalnış düşünür. “Biz illüziyaya etibar edə bilmərik. Söhbət İslam Respublikanın varlığından gedir və müzakirə ilə həll olunmayacaq. Bəziləri güman edir ki, bizim Amerika ilə mübahisələrimizə görə düşmənçilik mövcuddur. İslam Respublikası Fransaya nə edib?  Nə üçün Fransa nüvə müzakirələrində pis polis rolunu oynayırdı və nə üçün Hollandiya və Kanada düşmənçilik edir?”
Ayətullah Xamenei bildirib ki, düşmənin bu gün planı İslam Respublikasının qabiliyyətlərini dayandırmaq, məhv etmək və ya inkişafı minimuma çatdırmaqdır.
“Biz çalışmalıyıq qabiliyyətlərimizi daha da inkişaf etdirək.  Dəfələrlə təkrarlamışam ki, ölkəmiz güclü ölkə olmalıdır və qabiliyyətlərimiz inkişaf etdirilməlidir.“
Ayətullah Xamenei İran və altılıq ölkələri arasında əldə olunan Fəaliyyətlərin birgə kompleks planını (JCPOA-nın) dəstəkləyənlər və ona qarşı çıxanlar hər iki tərəf mübaliğə edirlər.  “Qeyd edəcəyim məsələlər bu planın əldə olunmasında zəhmət çəkən qardaşlarımıza deyil qarşı tərəfədir.  JCPOA-ı düşmənin suistifadəsinə səbəb olub. Biz planı pozmayacayıq lakin hazırda 
Amerikada prezidentliyə namizədlər JCPOA-nı cırmaqla hədələyirlər, əgər onlar planı cırarlarsa biz bu planı yandıracayıq.  Bu planda qarşı tərəfin öhdəçiliyi sanksiyaların ləğv edilməsi idi lakin sanksiyalar ləğv olunmayıb. Bankların məsələsi öz həllini tapmayıb, neft daşıyan gəmilərin sığortası məhdud səviyyədə həyata keçirilir. Neft pulları və digər ölkələrdə olan pullarımız özümüzə qaytarılmır.  Amerikalılar öhdəliklərinin önəmli hissəsini yerinə yetirməyiblər, lakin biz uranın 20 faiz zənginləşdirməsini, Fordu və Ərak ağır su zavodunu dayandırmışıq.”








  • Yazılıb
  • da (də) 2016 Jun 15
  • Göndərən مدير سايت Aran News