Tarix : 2016 Jun 15
Kod 49252

Sionist rejim, 8 ayda 215 fələstinli qadını həbs edib + FOTO

Sionist rejiminin qüvvələri son 8 ay ərzində 215 fələstinli qadını həbs edib.
AranNews, Dunyabulteni-nə istinadən xəbər verir ki, Fələstinli Məhbusların İşləri Üzrə Mərkəzin (PPC) açıqlamasına görə, sionist İsrail həbsxanalarında 60 yaşından yuxarı qadınlarla yanaşı, xeyli sayda gənc qız uşaqları da var.
PPC sözçüsü Riyad Əl-Aşkar hesabatla bağlı belə bir açıqlama verib: "Demək olar ki, hər gün bir xanımın həbsi qeydə alınıb. Həbslər vaxtı döyüldükdən sonra, xəstəxanaya yerləşdirilənlər də var".
Fələstinli rəsmilər sionist İsrail həbsxanalarında 11 və 18 yaşlı uşaqlar daxil olmaqla 68 fələstinli qadın məhbusun olduğunu bildirir.














  • Yazılıb
  • da (də) 2016 Jun 15
  • Göndərən مدير سايت Aran News