İranın Kirman əyalətində silah-sursat qaçaqmalçılığı edən qrup zərərsizləşdirilib.
AranNews, xəbər verir ki, Kirman əyalətinin prokrorluğunun sözçüsü Dadxuda Salari deyib ki, təhlükəsizlik xidməti işçilərinin səyi nəticəsində Rəfsəncan şəhərində silah-sursat qaçaqmalçılığı edən banda zərərsizləşdirilib.
X.Salari deyib ki, banda üzvləri həbs olunub və cinayət işinin istintaqı davam etdirilir. “Banda üzvlər ov silahlarını qaçaq yolla ölkənin Qərbindən idxal edib, Kirman əyalətinə daşıyırmış. Onlardan 26 ədəd xaricdə istehsal olunan ov silahı kəşf olunub”.
Xəbərdə həbs olunan şəxslərin kimliyi və neçə nəfər olması ilə bağlı məlumat veirlməyib.