AranNews, xəbər verir ki, Müqəddəs Ramazan ayının əvvəlindən İordan çayının Qərb sahilinin şimalında geniş ərazidə yaşayan Fələstinlilərin suyu kəsilib. Fələstinlilərə gələn suyu sionist rejimin "Mekorot" şirkət bağlayıb.
İndi məzlum fələstinlilərin bir neçə kəndi, yaşayış məntəqəsi "su blokadası"nda yaşayaraq, Ramazan ayını susuz keçirtməyə məcburdular.
"Sionist rejimi heç bir xəbərdarlıq etmədən su borularından gələn suyu bağlayıb. Bununla yanaşı, hal-hazırda Fələstində qızmar istilər başlayıb və əhali susuzluqdan əziyyət çəkir.", - deyə Jenin Racab şəhərinin meri deyib.
Onun sözlərinə görə, bu ərazilərdə suyun kəsilməsi, fələstinlilərin tərəfindən adi hala çevrilib. Lakin bu dəfə vəhşi İsrail şirkəti suyu xəbərdarlıq etmədən kəsdiyindən insanlar ehtiyat suyu belə yığa bilməyiblər.