Arannews- Roma papası Fransisk iyunun 24-də Ermənistana səfər edəcək.
səfər çərçivəsində Roma papası Ermənistan prezidenti Serj Sarkisyan və digər rəsmi şəxslərlə, habelə diplomatik korpus nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Papa bütün ermənilərin katolikosu II Qareginlə də görüşəcək.
Səfər proqramında “erməni soyqırımı qurbanları”nın xatirə kompleksinə ziyarət də var.
II Qaregin və papanın birgə bəyannamə imzalayacağı gözlənilir.
Səfər iyunun 26-da başa çatacaq.