Tarix : 2016 Jun 15
Kod 49260

Sabahdan Təbriz-Bakı aviareysi açılır

Uçuşları İranın “Ata Airlines” şirkəti təşkil edir.
Arannews- İyunun 16-da Təbriz-Bakı və Bakı-Təbriz aviareysi açılacaq.
Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, bu reys üzrə həftədə 2 dəfə - bazar ertəsi və cümə axşamı günləri uçuş həyata keçiriləcək.
Uçuşları İranın “Ata Airlines” şirkəti təşkil edir.


  • Yazılıb
  • da (də) 2016 Jun 15
  • Göndərən مدير سايت Aran News