Tarix : 2016 Jun 15
Kod 49261

Rusiyada Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə üçtərəfli sammit keçiriləcək

“İyunun 20-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin məlum Dağlıq Qarabağ probleminə dair üçtərəfli danışıqları planlaşdırılır”
Arannews- ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitin hazırlıqlarında iştirak etmir.
Bu barədə ATƏT-in Mətbuatla əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra edən Nataşa Racakoviç məlumat verib.
O, bununla bağlı hər hansı bir şərh verməkdən imtina edib və görüşün keçirilmə tarixi ilə bağalı suala cavab verməyib.
"ATƏT Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ üzrə sammitin təşkilinə cəlb olunmayıb və biz onu şərh edə bilmərik", - deyə o bildirib.
"Biz bildiyimizə görə, sammiti Rusiya çağırır ", - deyə ATƏT rəsmisi əlavə edib.
Xatırladaq ki, Kreml Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə üçtərəfli sammitə hazırlıqların getdiyini təsdiq edib. 
“Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ münaqişəsinə dair danışıqlar iyunun 20-də olacaq”, - Uşakov jurnalistlərə bildirib.
O, bildirib ki, İyunun 20-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin məlum Dağlıq Qarabağ probleminə dair üçtərəfli danışıqları planlaşdırılır.


  • Yazılıb
  • da (də) 2016 Jun 15
  • Göndərən مدير سايت Aran News