Rusiya və Ermənistanin müdafiə nazirilərinin müavinləri arasında görüş keçirilib.
Arannews- Rusiya müdafiə nazirinin müavini iyunun 14-də Moskvada Ermənistan müdafiə nazirinin I müavini David Tonoyanla görüşüb.
bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
“Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin olunmasında problemlər, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığa dair aktual məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.