Tarix : 2016 Jun 15
Kod 49264

ABŞ Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etmir

ABŞ üçün Cənubi Qafqazın problemləri və Dağlıq Qarabağ münaqişəsinin həlli maraqsızdır.
Arannews- Azərbaycan Dağlıq Qarabağın statusunun “müyyənləşdirilməsini” deyil, işğal faktına son qoyulduqdan sonra yalnız müzakirəsini mümkün sayır.  
bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi Sərsəng su anbarının işğalının ekoloji fəlakətə aparmasıyla bağlı petisiyaya Ağ Evin cavabını dəyərləndirib:
 “Cavabda Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması ifadəsi işğal faktını təsdiq edir, ancaq sonrakı hissədə “Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi” vurğulanır. Vaşinqton Azərbaycanın mövqeyini birmənalı müdafiə etmir. Yəni “işğala son qoymaqla” “statusun müəyyənləşməsi” bərabər tutulur. 
Qeyd olunur ki, Sərsəng su anbarının idarə olunması və istismarı tərəflərlə davam edən dialoqun bir parçası olmalı və humanitar məsələlərlə bağlı müzakirələr aparılmalıdır. Bu, Azərbaycanın maraqlarına uyğun deyil və ətraf rayonlardakı azərbaycanlıların əzab çəkdiyi faktı təsdiq olunmur. “Tərəflər humanitar məsələləri müzakirə etməlidir” fikri isə birbaşa erməni separatçılarının maraqlarına uyğundur. Bütün bunlar göstərir ki, Obama üçün Cənubi Qafqazın problemləri və Dağlıq Qarabağ münaqişəsinin həlli maraqsızdır. Bir sözlə, Ağ Evin münaqişənin həllinə baxışı ATƏT-in Minsk Qrupunun müvqeyindən fərqlənmir”.


  • Yazılıb
  • da (də) 2016 Jun 15
  • Göndərən مدير سايت Aran News