Tarix : 2016 Jun 16
Kod 49267

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi

Gennadi Afanasyevlə Yuriy Soloşenko Ukraynaya təhvil verilib və Yelena Glişinskaya ilə Vitali Didenko Rusiyaya təhvil verilib.
Arannews- Donbas və Rusiya ərazisində əsirlikdə olan ukraynalı Gennadi Afanasyevlə Yuriy Soloşenko Ukraynaya təhvil veriliblər.
Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko məlumat verib. Onları Borispol hava limanında Ali Radanın sədr müavini İrina Geraşenko və prezidentin mətbuat katibi Svayatoslav Tserolko qarşılayıb.
Onlar Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə əfv ediliblər.
Həmçinin Ukraynada separatçılıqda ittiham olunan Odessa sakinləri Yelena Glişinskaya ilə Vitali Didenko Rusiyaya təhvil verilib.


  • Yazılıb
  • da (də) 2016 Jun 16
  • Göndərən مدير سايت Aran News