İraqın “Nakhelnews” xəbər agentliyinin baş redaktoru ölkədə olan Səud rejimi səfirinin casusluğundan söz açib.
AranNews- Səudiyyə Ərəbistanının İraqda olan səfiri Sarim Sübhanın casusluq fəaliyyətinə toxunan Muhəmməd Əli Həkim deyib: “Mənim fikrimə görə Səudiyyənin ölkəmizdə olan səfiri diplomat yox, casusluq şəbəkəsinin rəhbəridir. Onun addımları qərəzlidir və biz bu günədək heç bir müsbət addım ondan müşahidə etməmişik.”
Məlumata görə, Ərəbistanın İraqda olan səfiri Sarim Sübhanın, İraqın Kürdistan əyalətinin nümayəndəsi ilə gizli yazışması ifşa olunub. Sarim Sübhan bu yazışmada İŞİD üzvlərinin Fəllucədən qaçmasına yardımından söz açıb.