görüşdə Sergey Şoyqu Rusiya və Azərbaycan arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını söyləyib.
Arannews- Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib.
görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını söyləyib.
Azərbaycanlı həmkarı ilə görüşdən şad olduğunu söyləyən S. Şoyqu bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.
Z. Həsənov qəbula görə rusiyalı nazirə təşəkkürünü bildirib. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin Rusiya müdafiə nazirinə salamlarını çatdıran Z. Həsənov iki ölkə arasında hərbi sahədə əməkdaşlığı yüksək dəyərləndirib. Nazir iki ölkə arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
O, Rusiya müdafiə nazirini Azərbaycana səfərə dəvət edib.
Daha sonra görüş bağlı qapılar arxasında, mətbuatın iştirakı olmadan davam etdirilib.
Qeyd edək ki, Azərbaycan və Rusiya müdafiə nazirləri arasındakı görüş MDB-yə üzv dövlətlərin müdafiə nazirləri Şurasının iclası çərçivəsində baş tutub.