BMT-nin baş katibi Pan Qi Mun Bəhreyn rejiminin müxalifətə qarşı hücumlarından və müxalifətin etirazlarının zorla qarşısının alınmasından narahat olduğunu bildirib.
AranNews, Parstoday-a istinadən xəbər verir ki, Pan Qi Mun açıqlamasında, Bəhreyn rejiminin siyasi müxalifəti məhdudlaşdırmaq məqsədi ilə həyata keçirdiyi tədbirlərinin narahatlıqlara səbəb olduğunu deyib.
BMT-nin baş katibi Bəhreyn rejiminin müxalifətin sıxışdırılması və hətta vətəndaşlıq hüquqlarının alınmasına dair xəbərlərin onu narahat etdiyini bildirib.
Qeyd edək ki, Bəhreyn məhkəmələri dünən 8 vətəndaşı vətəndaşlıq hüquqlarından məhrum edərək, 15 il həbs cəzasına məhkum edib.
Keçən həftə də Əl-Vifaq Cəmiyyətinin bütün bürolarının fəaliyyəti Ali Xəlifə rejimi tərəfindən dondurulmaqla yanaşı, Əl-Toiyə Əl-İslami və Ər-Risalə müxalifət qrupları da ləğv edilib.