Tarix : 2016 Jun 17
Kod 49288

Qəzza zolağının blokadası Fələstinli uşaqlara nə verib?

Onlarla fələstinli uşaq Qəzza sektorunda məktəbləri tərk edərək, işləyib ailələrinə maddi kömək edirlər.
AranNews, xarici KİV-lərə istinadən xəbər verir ki, uşaqların məktəbi ataraq pul qazanmalarına başlıca səbəb, atalarının vəhşi İsrail ordusu tərəfindən qətlə yetirilməsi və blokada vəziyyətində işsiz olmasıdır.
11 yaşlı Valid Məruf və 12 yaşlı İbrahim Qəbəin haçansa məktəbin əlaçıları olublar, lakin indi onlar məktəbdə oxumurlar. Atalarının yoxluğunda uşaqlar işləmək məcburiyyətində qalıblar.
Qəzza sakinlərinin təxminən 80 faizi yoxsulluq həddində yaşayır. AFP-nin son statistik məlumatlara əsasən, Qəzza sektorunda işləyən uşaqlar dünyada ən yüksək göstəricilərdən biridir.
Tədqiqatlar göstərir ki, son 5 il ərzində işləyən uşaqların sayı artıb. Hazırda bu göstərici 10 000 uşağa çatır ki, onların da yaş həddi 10-dan 17-ə kimidir.  Bir qayda olaraq onların əksəriyyəti sahil zonası boyunca işləyir.
2014-ci ildə işğalçı rejimin hücumlarından sonra BMT-nin hesablammalarında göstərilirdi ki, 900 000 uşaq zorakılığa məruz qalıb. Eyni anda bildirilir ki, bu uşaqların bir çoxunun psixoloji dəstəyə ehtiyacı var.
Qeyd edək ki, Qəzza zolağının blokadası və bu bölgənin İşğal olunmuş Fələstin torpaqlarından ayrılması prossi 2007-ci ildən başlayıb. Sionist rejim 2007-ci il iyun ayının ortalarından Həmasın Qəzza zolağına nəzarəti ardınca, bu bölgənin mühasirəsini gücləndirib və Həmas hərəkatının 2014-cü ildə hakimiyyətdən getməsinə və Fələstin Milli Birlik hökumətinin yaradılmasına baxmayaraq bu mühasirəni hələ də davam etdirir. Qəzza zolağının 1.8 milyon nəfər əhalisi var. Bu blokadanın icrasında Misir də işğalçı rejimə kömək edir.  
Bu vəhşiliklərə etiraz olaraq, dünən Fələstinin parçalanması və Qəzza zolağının blokadasının 9-cu ildönümü münasibəti ilə keçirilən aksiyada etirazçılar blokadanın aradan qaldırılmasını tələb ediblər.
  • Yazılıb
  • da (də) 2016 Jun 17
  • Göndərən مدير سايت Aran News