Tarix : 2016 Jun 17
Kod 49289

ABŞ, Imam Xameneinin nüvə sazişilə bağlı açıqlamasına münasibət bildirdi

ABŞ prezidentinin köməkçisi Ben Rodez, Ayətullah Xameneinin nüvə sazişilə bağlı açıqlamasına münasibət bildirib.
AranNews, xəbər verir ki, Ağ Evin milli təhlükəsizlik müşaviri və eyni zamanda Barak Obamanın baş köməkçisi olan Ben Rodez, ölkənin prezident seçkilərinə namizəd olanların İranla qəbul olunan nüvə razılığını ləğv etmə xəbərinə münasibət bildirib.
ABŞ rəsmisi bu barədə deyib: “Bizim əldə etdiyimiz razılığın forması, yeni seçiləcək olan prezident tərəfindən cırılmasına mane olur. Digər tərəfdən, Yaxın Şərqdə böhranı sürətləndirmək və hansısa savaşa səbəb olmaq ağıla batan bir iş deyil.”
O, ABŞ-ın prezident seçkilərinə namizəd olan Donald Trampın sözlərinə münasibət bildirərək “Siz “Ağ Ev”-i elə bir halda təhvil alacaqsınız ki, nüvə razılığı ilə bağlı olan bütün məsələlər sona çatıb. Bu razılıq İranın bir çox məhdudiyyət yaşamasına səbəb olub. Bu məhdudiyyətləri aradan aparmaqmı niyyətindəsiniz? Digər tərəfdən bu razılığın ləğv olnması 5+1 ölkələrini narahat edəcək. Bu səbəbdən, yeni seçilən prezidentin bu addımı atacağına inanmıram.”, -deyə qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə İran İnqilabının Lideri Ayətullah Xamenei ABŞ-da prezident namizədlərinin nüvə müzakirələrini heçə sayacaqlarına münasibət bildirmişdi.
İnqilab rəhbəri “ABŞ prezidentliyinə namizəd olanların razılığı cırmaq təhdidi reallaşarsa, İslam Respublikası bu razılığı yandıracaqdır. Bu da onların əhdə vəfa etməmələrinin qarşılığıdır. Qarşı tərəfin vəzifəsi sanksiyaların qaldırılması idi ki, reallaşmadı. Bəzi sanksiyalar dildə götürülsə də, əməli baxımdan heç bir dəyişiklik baş verməyib. Amerikalılar ilkin sanksiyaları olduğu kimi saxlayıblar. Ölkə məsulları bu məsələyə diqqət etsinlər və sanksiyaların qaldırılmasını təkrar etməsinlər. ABŞ tərəfi dildə, bankların İranla əlaqəsində heç bir maneənin olmadığını desələr də, əməldə elə bir addım atırlar ki, banklar bu əlaqəni yaratmaq üçün cürət tapmırlar. Biz verdiyimiz sözlərin hamısına sadiqik və 20% zənginləşdirməmizi dondurduq.”, -deyə qeyd etmişdi. 



  • Yazılıb
  • da (də) 2016 Jun 17
  • Göndərən مدير سايت Aran News