Tarix : 2008 May 30
Kod 4929

TÜRKİYƏLİ BİR RƏSMİNİN ERMƏNİSTANLA MÜNASİBƏTLƏ BAĞLI FİKİRLƏRİ

Hər ay Türkiyədən Ermənistana 4 min maşın ərzaq gedir, hər gün İrəvandan İstanbul aeroportuna bir təyyarə enir. Sərhədlərimizdə Ermənistan vətəndaşı qanunsuz olaraq Türkiyədə işləyirlər
Turky Servisi/Aran Agentliyi
Türkiyənin Xalq Respublikaçılar Partiyasının bir nümayəndəsi bildirib: Ən azı 70 min Ermənistan vətəndaşı qeyri-qanuni olaraq Türkiyədə işlə məşğuldurlar və bu yolda Ermənistan üçün gəlir əldə edirlər.
CHP millət vəkili Şükrü ələkdağ deyib: Hər ay Türkiyədən Ermənistana 4 min maşın ərzaq gedir, hər gün İrəvandan İstanbul aeroportuna bir təyyarə enir. Sərhədlərimizdə Ermənistan vətəndaşı qanunsuz olaraq Türkiyədə işləyirlər.
Türkiyənin qeyd edilən millət vəkili əlavə edib: Türkiyə bu tolerantlığından vaz keçərək ağıllı hərəkat etməlidir. Ermənistan daim Türkiyənin mənafeyi ilə siçan-pişik rolu oynayır. Ermənistan rəhbərliyinə ciddi xəbərdarlıq edərək dərhal Türkiyədə qanunsuz işləyən ermənilərin bir qismini geri göndərmək lazımdır. Əgər İrəvan öz siyasətinə davam edərsə, İrəvandan İstanbula təyyarə uçuşlarını dərhal ləğv etməli, hava dəhlizini bağlamalıyıq.
Başqa bir tərəfdən Türkiyənin xəbər mənbələri Türkiyə ilə Ermənistan sərhədlərinin simvolik olaraq bağlı olmasına rəğmən iki ölkə arasında illik ticarət dövriyyəsi 200 milyon dollardan çoxdur. Türkiyə Rusiyadan sonra Ermənistanın ikinci ticarət şərikidir.
  • Yazılıb
  • da (də) 2008 May 30