Avropa Şurası İran Air aviasiya şirkətini uçuş təhlükəsizliyi olan qara siyahıdan çıxarıb.
AranNews, xəbər verir ki, məlumatı Avropa Birliyinin nəqliyyat komissarı Violetta Bulk yaydığı bəyənatında qeyd edib: “Aprel ayındakı Tehran səfərimdən sonra uğurlu bir araşdırma aparılmışdır və İran Air-in bir çox təyyarəsinin Avropa səmasında uçuşu qarşısında heç bir maneə qalmamışdır”.
Əvvəl yalnız İran Air-ə məxsus Airbus təyyarələri Avropa səmalarında uça bilidi.
Qeyd edək ki, İran yaxın müddətdə 100-dən artıq Airbus təyyarəsinin alınması üçün müqavilə imzalamışdır.