Səudiyyəli üzgçü xanım Suriyalı kimsəsiz uşaqlara görə unikal rekorda imza atıb.
AranNews, “Maide.Az”-a istinadən xəbər verir ki, Məryəm Saleh Binladen dünyanın diqqətini kimsəsiz və ağır vəziyyətdə yaşayan Suriyalı uşaqlara yönəltmək məqsədi ilə Temza çayı ilə Böyük Britaniyada 101 mil uzunluğunda üzən ilk xanım üzgüçü kimi tarixə düşüb.
"Mən öz rekordum ilə dünyanın diqqətini kimsəsiz və ağır vəziyyətdə yaşayan Suriyalı uşaqlara yönəltmək istədim"-deyə Məryəm bildirib.
Məryəm ümumilikdə üçüncü, xanımlar arasında isə bu məsafəni üzən ilk xanım olub.
Temza cayının özəlliyi ondan ibarətdir ki, çay həddən artıq çirkli və sürətli axına malikdir. Bu üzdən, çayda üzmək çox qorxulu və çətindir.
O, üzməyə 3 iyun tarixində Oksford rayonunda start verərək, 12 iyun tarixində Londonda finişə çatıb. Qalibi ailə üzvləri ilə bahəm, bir çox xeyirxah insanlar qarşılayaraq, təbrik ediblər.