Tarix : 2016 Jun 18
Kod 49297

Obamaya “Suriya hükumətinə” hücum etmək təklifi verdilər

Dövlət departamentinin təmsilçisi Con Kirbi məlum məlumatı şərh etməkdən imtina edib.
ABŞ dövlət departamentinin 50-dən çox əməkdaşı Barak Obamanı Rəsmi Dəməşq güclərinə qarşı hərbi əməliyata başlamağa səsləyən müəssisə daxili memorandum imzalayıblar. Bu haqda “The New York Times” qəzeti yazıb.
AranNews, “İslamazeri.az”-a istinadən verdiyi xəbərə əsasən, Məmurlar bu cür tədbirləri İŞİD-lə mübarizə və Suriyada sülhün əldə olunmasının yeganə yolu hesab edirlər.
Memorandun xüsusi ilə, barışıq rejiminin pozulmasını dayandırmaq üçün “silahlanmanın regional istifadəsini” nəzərdə tutur.
Bu cür addım özü-özlüyündə Vaşinqtonun Suriyadaki hadisələrə yanaşmasında radikal dəyişiklikləri ifadə edir., lakin, “The New York Times”-ın qeyd etdiyi kimi, çətin ki, Obama bu addımı atar.
Dövlət departamentinin təmsilçisi Con Kirbi məlum məlumatı şərh etməkdən imtina edib. Buna qədər dövlət katibi Con Kerri Rusiyaya xitab edərək bildirmişdi ki, ABŞ Əsədə nisbətdə olan səbri tükənməkdədir.
Daha sonda təsisatda aydınlıq gətiriblər ki, diplomat Moskvanı hədələməyib, Suriyadaki vəziyyətlə bağlı sadəcə öz narahatçılığını ifadə edib.
Hazırda ABŞ-ın Suriya münaqişəsindəki iştirakı terrorçuların mövqelərinə hava zərbələri endirməklə məhdudlanır.
Həmçinin amerikan xüsusi-təyinatlılarının kiçik dəstələri Suriyanın şimalında yerləşən Hələb əyalətindəki Mənbic şəhərinin azad edilməsi üzrə əməliyyatda kürdlərə kömək edirlər.
Bununla belə, onlar hərbi əməliyyatlarda iştirak etmirlər, onların fəaliyyyəti məsləhətçi rolu ilə məhdudlaşıb. Moskvada dəfələrlə qeyd ediblər ki, Bəşər Əsədin taleyini Suriya xalqı təyin etməlidir. 
  • Yazılıb
  • da (də) 2016 Jun 18
  • Göndərən مدير سايت Aran News