Məşhur futbolçu: İslam dini mənə çətin vəzifələri yerinə yetirməyə və irəlləməkdə güc verir.
Alban əsilli "Şkodran Mustafi" müsəlmandır. O, hal-hazırda İspanyanın "Valensiya" klubunun şərəfini qoruyur. Futbolçu qeyd edir ki, din onun həyatında böyük bir rol oynayır.
AranNews- "Mustafi bildirir ki, müqəddəs İslam dini ona çətin vəzifələri yerinə yetirməyə və hər gün məşqlərdə irəlləməkdə ona güc verir.
Futbolçular çox pullar qazanırlar, elə dinin ən böyük üstünlüyüdə budur ki, o bizi başgicəlləndirici şöhrətdən saxlayırır. Mən də bu dünyada yaşayıram və cənnət arzusundayam."-deyə Mustafi bildirib.
O həmçinin qeyd edib ki, dinimiz milli komandada müzakirə mövzusu deyil.
"Məndən tez-tez soruşurdular ki, niyə mən donuz əti yemirəm və içki içmirəm. Mən isə sadəcə deyirəm ki, bu mənim dinimin göstərişidir və bundan sonra məsələ öz-özünə aradan qalxır və əlavə suallar olmur"- futbolçu deyir.
Qeyd edək ki, Almanya və Ukrayna ilə oyunda ilk qolun sahibi elə məhz Mustafi olmuşdu.