Ali-Xəlifə rejiminin ölkə dindarlarına qarşı təzyiqlərinin artma nəticəsində, cümə namazlarının tətil olunması elanı verilib.
"AranNews" xəbər verir ki, Bəhreyn alimləri bu barədə bəyənat yayaraq bildiriblər: “Bəhreyn şiələri qeyri münasib şəraitdə yaşayırlar və rejimin hədəfli zülmləri zirvəyə çatıb. Belə ki, sakinlər, cümə namazını qılınmasında təhlükə hiss edirlər. Rejim, alimlərimizi və xətiblərimizi həbs etməklə qeyri qanuni olaraq bu əməlin qarşısını almaq istəyirlər. Biz bilmirik ki, dini əməllərimizi öz şəriətimizə uyğun görməliyik ya rejimin istəyinə uyğun. Təhlükəsizliyin olmaması səbəbi ilə, cümə axşamı və cümə günləri olan camaat namazları müvəqqəti olaraq tətil elan olunur.”