Tarix : 2016 Jun 18
Kod 49305

prezident: "Rusiya ilə ABŞ arasında qarşıdurma dünyanı yeni şəraitə sürükləyir"

V.Putin: "Biz özümüzün təhlükəsizliyimizi təmin etməklə yanaşı dünyada strateji balansı təmin etməliyik. Bu, çox vacibdir".
Arannews- Rusiya ilə ABŞ arasında hərbi sahədə müşahidə edilən qarşıdurma dünyanı yeni şəraitə sürükləyir.
bunu Rusiya prezidenti Vladimir Putin informasiya agentlikləri rəhbərləri ilə görüşündə deyib.
“İnsanlar sanki təhlükəni hiss etmirlər. Bu məni çox narahat edir. Problem odur ki, biz dünyanı tamamilə yeni şəraitə sürükləyirik. Mən bilmirəm bunu digər ölkələrdən olan həmkarlarıma necə anladım. ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemləri yerləşdirməsi nə ilə nəticələnəcək, bilmirəm. Dəqiq onu bilirəm ki, biz cavab verməli olacağıq. Biz özümüzün təhlükəsizliyimizi təmin etməklə yanaşı dünyada strateji balansı təmin etməliyik. Bu, çox vacibdir”, deyə V.Putin bildirib.


  • Yazılıb
  • da (də) 2016 Jun 18
  • Göndərən مدير سايت Aran News