İraq ordusu, şəhərin əl-Ənbarda yerləşən icra hakimiyyəti binasını terrorçulardan təmizləyib.
AranNews-un “Alsumaria”-ya istinadən verdiyi xəbərə əsasən, Bundan əlavə şəhərin mərkəzində yerləşən ən-Nizal, əl-Ərsan və əş-Şuhəda bölgələrini də tam təmizləməyə nail olublar.
"Əl Aləm" telekanalı isə, İraq ordusu və könüllülərin şəhərin mərkəzinə girdiyini və əməliyyatın tamamlandığını bildirib.
"Əl Cəzirə" telekanalı İŞİD terrorçularının Fəllucənin cənubundan qaçdığını önə çəkərkən, "əl Hadəs" telekanalı Fəllucənin sənayə bölgəsinin də terrorçulardan təmizləndiyini açıqlayıb, Türkiyənin "Yaxın Şərq Xəbərlər" portalı qeyd edir.
"Sputnik" agentliyi İraq Federal Polisinin rəisi Cevdet Şakir İŞİD terrorçularının kütləvi şəkildə qaçdığını bildirib.
Qeyd edək ki, hazırda şəhərin içində gizlənmiş terrorçularla küçə döyüşləri gedir, lakin müharibə qanunlarına görə, İŞİD artıq mığlub olub.