Tarix : 2008 May 30
Kod 4931

ERMƏNİSTANIN 3 NAZİRİ İSTEFA VERİB

Istefa ərizılərini Ermənistanın təhsil naziri Levon Mkrtçyan, əmək və əhalinin sosial müdafiəsi naziri Aqvan Vardanyan və kənd təsərrüfatı naziri David Lokyan yazıblar
Armenia Servisi/Aran Agentliyi
Ermənistanda “Daşnaksütun” partiyasından olan üç nazir Ermənistanın baş naziri Tiqran Sarkisyana istefaları barədə ərizələrini təqdim ediblər. Bu barədə Ermənistanın “Panorama” agentliyi Ermənistan Respublikası hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Meri Arutyunyana istinadən məlumat yayıb. Verilən məlumata görə, istefa ərizılərini Ermənistanın təhsil naziri Levon Mkrtçyan, əmək və əhalinin sosial müdafiəsi naziri Aqvan Vardanyan və kənd təsərrüfatı naziri David Lokyan yazıblar.
Ermənistan qanunvericiliyinə görə, ölkənin baş naziri nazirlərin istefa ərizələrini ölkənin prezidentinə təqdim etməlidir. Prezident isə müvafiq əmrlə onları vəzifələrindən azad etməlidir.

Qeyd edək ki, istefa barədə qərar “Daşnaksütun” partiyasının ümumi yığıncağında qəbul olunub və istefa nazirlərin üçünün də “Daşnaksütun” erməni inqilabi federasiyasının bürosunun tərkibinə daxil edilməsi ilə bağlıdır. Büronun təmsilçisi iə bildirib ki, partiya hər üç nazir vəzifəsini əlində saxlayır. Amma yeni nazirlərin kim olacağı bilinmir
  • Yazılıb
  • da (də) 2008 May 30