Tarix : 2016 Jun 19
Kod 49311

Azərbaycan prezidenti: "Qarabağ münaqişəsinin konkret yollarla həllinin vaxtı çatıbdır"

İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil, aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək".
Arannews- Azərbaycan Respublikası prezidenti QMI-nin iftar mərasimində iştirak edərək, deyib ki, Qarabağ münaqişəsinin konkret yollarla həllinin vaxtı çatıbdır.
İlham Əliyev sonra deyib: Biz çalışırıq ki, Azərbaycan cəmiyyətində bu ölkə xalqına xas olan cəhətlər üstünlük təşkil etsin”. O, Azərbaycan Respbublikasının müsəlman aləminin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.
 “Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”, - deyən Azərbaycan Respbublikası prezidenti Azərbaycanın bu prosesə öz töhfəsini verdiyini bildirib.. .
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan Respbublikasının dövlət başçısı bu məsələnin həllində bütün Azərbaycan Respbublikası vətəndaşlarının bir nöqtəyə vurduqlarını bildirib. İlham Əliyev deyib ki, münaqişənin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil, aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək.


  • Yazılıb
  • da (də) 2016 Jun 19
  • Göndərən مدير سايت Aran News