Tarix : 2016 Jun 19
Kod 49312

Ərəbistanın şərqində etirazçıların yatırılması şiddətlənib

Ali səud rejimi, Ərəbistanın şərqində etirazçıların yatırılmasının şiddətləndirilməsi istiqamətində Əlqətif məntəqəsində bir din xadimini həbs edib.
AranNews-un məlumatına görə, Ərəbistanın Əlşərqiyyə məntəqəsinin fəalları bildiriblər ki, səud rejiminin təhlükəsizlik qüvvələri Əlqətifin Əlxəvildiyyə qəsəbəsindən olan şiə ruhani Şeyx Cəfər Ali-Səvilhi həbs ediblər.
Əlqətifin dini fəallarının sözlərinə görə, bu din xadiminin həbs olunmasının dəlili, onun söz azadlığını müdafiə barədəki yazılarıdır.
Səud rejimi ramazan ayının əvvəlindən din xadimlərini həbs etmək yolu ilə Əlşərqiyyə məntəqəsinə qarşı hücumlarını şiddətləndiribdir.
Əlşərqiyyə məntəqəsi 2011-ci ildən bəri islahatların həyata keçməsi üzrə xalq etirazlarının şahididir.
  • Yazılıb
  • da (də) 2016 Jun 19
  • Göndərən مدير سايت Aran News