İraq ordusunun Mosul cənubundakı Kayyara mahalını İŞİD-in işğalından azad etmək üçün müdafiə naziri Xalid Əl-Ubeydinin başçılığı altında əməliyyata başladığı bildirilib.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, İraqın Müdafiə Nazirliyinin mətbuat müşaviri Məhəmməd Əl-Əskəri belə bir açıqlama ilə çıxış edib: "Əməliyyat bu gün səhərdən etibarən başlayıb. Hazırda Əş-Şirkat rayonundakı qarşıdurma ərazisindəyik. Hədəfimiz hərbi obyektlərin təhlükəsizliyini təmin edən hava bazasının yerləşdiyi Kayyara mahalını azad etməkdir".
O, əməliyyatı terrorla mübarizə qüvvələrilə beynəlxalq koalisiyanın dəstək verdiyi zirehli qüvvələrin birgə həyata keçirdiyini ifadə edib.