Rusiya prezident administrasiyasının rəhbəri: "Sanksiyalar ləğv edilərsə, biz dərhal əks-sanksiyaları dayandıracağıq — bu aydın məsələdir".
Arannews- Rusiya prezident administrasiyasının rəhbəri Sergey İvanov ümid etdiyini bildirib ki, antirusiya sanksiyaları belə tezliklə ləğv edilməyəcək. O xatırladıb ki, məhdudlaşdırıcı tədbirlər sayəsində Rusiyada iqtisadiyyatın bir çox sahələri, o cümlədən kənd təsərrüfatı və kimya sənayesi inkişaf edir. Bu barədə məmur «Rossiya 1» telekanalına müsahibəsində deyib.
"Sanksiyalar ləğv edilərsə, biz dərhal əks-sanksiyaları dayandıracağıq — bu aydın məsələdir. Bəs onda nə olacaq? Nə demək istəyirəm? Şəxsən mən istərdim ki, bizə qarşı sanksiyalar uzun müddət qalsın, tezliklə aradan qaldırılmasın. Bu mənmim şəxsi fikrimdir", - İvanov deyib.
Jurnalistin Rusiyanın «neft iynəsi»ndən qurtulması ilə bağlı sualına Kreml administrasiyasının rəhbəri belə cavab verib: «Biz buna doğru gedirik».
İvanov belə bir fikir də bildirib ki. Antirusiya sanksiyaları bu il ləğv edilməyəcək.