Tarix : 2016 Jun 19
Kod 49315

Fələstinliləri dəstəkləyən britaniyalı deputatın qətli pislənildi

Britaniyada Müsəlmanlar Fəsətinliləri dəstəkləyən britaniyalı deputatın qətlinə etiraz etdilər.
AranNews, xəbər verir ki, Britaniya müsəlmanlar şurasının baş katibi Şüca Şəfi bəyanat yayaraq Britaniyalı deputat xanım Co Koksun öldürülməsini pisləyib və bu xəbəri eşitməkdən sarsıntı keçirdiyini bildirib. 
O deyib ki, xanım Koks insanlara yardım etmək üçün yorulmaz çalışmalar edirdi. “Heç şübhəsiz bu xanımın çalışmaları İngiltərədə və digər yerlərdə insanların həyatına müsbət təsir bağışlayırdı. O, Suriya və Fələstin uşaqlarının hüquqlarını müdafiə edirdi, miqrantların ölkəyə girişini alqışlayırdı.  Mən xanım Koksun ailəsinə müsəlmanlar adından baş sağlığı verirəm”. 
Qeyd edək ki, qətlə yetirilən Britaniyanın Leyborist partiyasından olan deputat Co Koks Fələstin xalqına dəstək olmaqla yanaşı, qaçqınlarada kömək olub. O, həmçinin Böyük Britaniyanın AB-yə üzvlüyü saxlamaq üçün kampaniya aparması ilədə tanınırdı.
Britanyalı deputat Co Koksa hücumu Tomi Mayer adlı bir nəfər edib.  O, xanım düputata ilk olaraq odlu silahdan atəş açıb, daha sonra isə bıçaq zərbəsi endirib. 
Britaniyalı politoloq Ədibə Zaydanın sözlərinə görə, Koksun qətli onun siyasi baxışlarına görə baş verib.
  • Yazılıb
  • da (də) 2016 Jun 19
  • Göndərən مدير سايت Aran News