Ərəbistandan olan bir neçə tələbə mobil əlavə düzəldiblər ki, Britaniya müsəlmanlarına halal qida, mağaza, otel və restoran tapmaqda kömək olacaq.
AranNews, xəbər verir ki, mobil proqram halal qidanın kim tərəfindən hazırlanmasını, sertifikata malik olub, olmamasını göstərəcək.
Proqramın təsisçilərindənolan Əbdül Kərim Fəvaz bildirir ki, müsəlman gənclər Ramazan ayında çox fəal olurlar:
"Buna görə də onlara yaxınlıqda olan məscid, kafe və bir sözlə iftar edə biləcəkləri yer haqda məlumat vermək lazımdır ki, onlar rahat olsunlar ki, qəbul etdikləri qidalar halallıqla hazırlanıb."-deyə Əbdül Kərim bildirib.