Misirin devirilən eks prezidenti Məhəmməd Mursi haqqında Misir məhkəməsi hökm oxuyub.
AranNews, xəbər verir ki, Məhkəmənin hökmünə əsasən Məhəmməd Mursi və iki tərəfdaşı Qətər hökumətinə cəsusluq etmək ittihami ilə ömürlük həbs cəzasına məhkum edilib.
Bundan əlavə Məhəmməd Şirin Fəhminin sədrliyi ilə keçirilən məhkəmə iclasında daha 6 nəfər Mursi tərəfdarına və iki nəfər Əl-Cəzirə telekanalının jurnalistinə ölüm hökmü verilib.
Məhəmməd Mursi məhkəmə iclasında ölüm hökmü verilən müttəhimlərin geyindiyi qırmızı uniformada iştirak edib.
Qeyd edək ki, Məhəmməd Mursinin üzərində həbsxanadan qaçmağa cəhd ittihamı ilə artıq bir ölüm hökmü var.