Tarix : 2016 Jun 19
Kod 49321

Vasil Sixarulidze: "Qarabağ konflikti Gürcüstanın təhlükəsizliyi və stabilliyi üçün təhdiddir"

Gürcüstanın keçmiş müdafiə naziri: "Qarabağ konflikti bizim təhlükəsizliyimiz və stabilliyimiz üçün təhdiddir. Bu konfliktin sülh yolu ilə həlli təkcə Ermənistan və Azərbaycan üçün yox, həm də Gürcüstan üçün həyati əhəmiyyətlidir".
Arannews- Gürcüstan, Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığı Ermənistana qarşı yönəlməyib.
bunu Ermənistan mətbuatına açıqlamasında Gürcüstanın keçmiş müdafiə naziri Vasil Sixarulidze söyləyib. Onun sözlərinə görə, regional təhlükəsizlik və stabillik Gürcüstanın təhlükəsizliyi üçün əsas komponentdir:
“Bizim əməkdaşlığımız heç vaxt hansısa tərəfə qarşı yönəlməyib. Tərəfdaşlığımız vacib infrastruktur obyektlərinin müdafiəsinə yönəlib. Bizim əməkdaşlığımız daha çox energetika, nəqliyyat və ticarət sahəsində qurulub. Bu Gürcüstanın iqtisadi inkişafı, regionda stabilliyin təmin olunması, Tiflisin Rusiyadan asılılığının azaldılması üçün çox vacibdir. Qarabağ konflikti bizim təhlükəsizliyimiz və stabilliyimiz üçün təhdiddir. Bu konfliktin sülh yolu ilə həlli təkcə Ermənistan və Azərbaycan üçün yox, həm də Gürcüstan üçün həyati əhəmiyyətlidir”.


  • Yazılıb
  • da (də) 2016 Jun 19
  • Göndərən مدير سايت Aran News