Oleq Jdanov: "Rusiya anlayır ki, NATO artıq onun sərhədlərinə yaxınlaşır və ona görə də Ukrayna ilə sərhədi gücləndirir".
Arannews- Kremlin kabusu NATO-nun Ukraynaya gəlməsidir.
bunu Ukrayna mətbuatına açıqlamasında hərbi ekspert Oleq Jdanov söyləyib. Onun sözlərinə görə, artıq Rusiyanın bu kabusu reallaşır:
“Rusiya Ukrayna sərhədində 3 diviziya formalaşdırır. Bunlardan biri Belarus, ikisi isə öz ərazisində yerləşəcək. Bizim kəşfiyyatın məlumatına görə, bu üç diviziya yox, üç ordu olacaq. Rusiya anlayır ki, NATO artıq onun sərhədlərinə yaxınlaşır və ona görə də Ukrayna ilə sərhədi gücləndirir. İndiki zamanda NATO-Rusiya sərhədi artıq Polşadan yox, faktiki olaraq həm də Ukraynadan keçir”.