Tarix : 2016 Jun 20
Kod 49324

Gürcüstanda Ramazan Akademiyası adlı proqrama start verilib + FOTO

Azad Tədqiqat İnstitutu (ATİ) "Ramazan Akademiyası 2" adlı proqram çərçivəsində “Ramazan ayı, orucun fərdi və içtimai faydaları” adlı seminar təşkil edib.
Gürcüstanın Marneuli şəhərində keçirilən seminarda iştirak edən ilahiyyatçı Qurban Murquzov çıxış edib və orucun İnsan həyatında fərdi təsirlərindən danışıb.  
AranNews, xəbər verir ki, Q. Murquzov orucun İnsan həyatında içtimai faydalardan söhbət açıb.
"Ramazan ayının və bu ayda tutulan orucun ictimai faydalarından biri də insanların bu ayda varlı-kasıb, vəzifəli-siravi və s. bir birinin kənarında imsaq və iftar zamanı bərabər oturması və həqiqi mənada “Allah bəndəsi” ünvanında bir-birlərinə hörmət göstərmələridir. Yəni, cəmiyyətdə birlik və bərabərlik ruhiyyəsinin yaranması."
Seminarın sonunda auditorianın suallarına cavab verilib. 
Qeyd edək ki, ATİ "Ramazan Akademiyası 2" proqramı çərçivəsində elmi-ictimai seminar və toplantılar təşkil edir və gənclər arasında maarifləndirmə işləri aparır. /Maide.Az/








  • Yazılıb
  • da (də) 2016 Jun 20
  • Göndərən مدير سايت Aran News