Tarix : 2016 Jun 20
Kod 49327

Livan parlamentinin sədri Hizbullah hərəkatını müdafiə edib

Livan parlamentinin sədri: Hizbullahı boykot edənlər ilk öncə məndən başlasınlar.
AranNews-un, “Ən Nəşrə”-yə istinadən verdiyi xəbərə əsasən, Livan parlamentinin Nəbih Berri, ABŞ-ın maliyyə naziri müavini Dainel Qlaserlə görüşdə Hizbullahın baykot edilməsindən danışıb. 
“Hizbullah”-ı müdafiə edən Berri “Əgər ABŞ bu təşkilatı boykot etmək istəyirsə öncə məndən başlamalıdır. Mən ABŞ-ın bu qərarına təəccüblə yanaşıram. Çünkibu addım Livanın məhvinə səbəb olacaq bir addımdır. “Hizbullah”-la əlaqəsi olan hər kəsi cəzalandırmaq fikriniz var? Belədirsə mən onların ilk müttəfiqiyəm.
Bu təşkilata dəstək verənlər yalnız şiələr deyil. Təşkilat müxtəlif siyasi qruplar tərəfindən dəstəklənir.”, -deyə bildirib.
Görüş əsnasında ABŞ rəsmisinin bu sözlərə heç bir söz demədiyi bildirilir.
Qeyd edək ki, Livanda hökümət bölgüsünə görə, prezident məsihi, baş nazir sünni, parlament sədri isə şiə olur. 
  • Yazılıb
  • da (də) 2016 Jun 20
  • Göndərən مدير سايت Aran News